Bakı. Trend:
Ötən 11 gün ərzində İranda Novruz bayramı ilə əlaqədar yerli
səfərlərdə baş verən yol qəzalarında 396 nəfər ölüb.
Trend-in
məlumatına görə, bunu İranın Yol Polisinin rəis müavini Həsən
Momeni yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, qeyd olunan müddətdə yol qəzalarında 8 816
nəfər xəsarət alıb.
Kərəmi Əsəd bildirib ki, qeyd olunan müddətdə ümumilikdə 51 501
yol qəzası qeydə alınıb. Qəzaların əsas səbəbi önə diqqət etməmək
(44%) və nəqliyyat vasitəsinin idarəetməsini itirmək (29%)
olub.
Qeyd edək ki, İranda Novruz bayramında və ölkədə qeyd olunan “Yeni
İl” istirahət günlərində əhalinin istirahət və şənliklər təşkil
etməsi ilə əlaqədar ölkədaxili səfərləri artır.