...

ABŞ və Ukrayna Səudiyyə Ərəbistanında tam atəşkəslə bağlı danışıqlar aparıb

Dünya xəbərləri Materials 27 Mart 2025 00:45 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ və Ukrayna nümayəndələri Səudiyyə Ərəbistanında tam atəşkəs barədə müzakirələr aparıblar.

Trend-in BBC News-a istinadən verdiyi məlumata görə, bu barədə Ukrayna nümayəndə heyətinin üzvü Pavlo Palisa açıqlama verib.

Ukrayna Prezident Ofisi rəhbərinin müavininin sözlərinə görə, Ukrayna nümayəndə heyəti Ciddədə Amerika tərəfi ilə razılaşdırılmış hərtərəfli atəşkəslə bağlı texniki məsləhətləşmələri davam etdirib.

Bununla belə, Palisa vurğulayıb ki, bu danışıqlarda işğal olunmuş Ukrayna ərazilərinin statusu müzakirə olunmayıb:
“Ərazi güzəştləri barədə heç bir söhbət olmayıb. Bu, uğrunda mübarizə apardığımız və istənilən şəraitdə mübarizə aparacağımız Ukrayna torpağıdır.”

Qeyd edək ki, daha əvvəl ABŞ-nin sabiq prezidenti Donald Tramp Səudiyyə Ərəbistanında nümayəndə heyətlərinin ərazilər və demarkasiya xətləri barədə danışdıqlarını bildirmişdi.

Xəbər lenti

Xəbər lenti