Bakı. Trend:
Suriya Türkiyənin "Turksat" telekommunikasiya peykinin xidmətlərindən istifadə etmək niyyətini bəyan edib.
Trend xəbər verir ki, bu barədə “Syria TV” telekanalı məlumat yayıb.
Kanalın məlumatına görə, Dəməşq bu məsələ ilə bağlı Ankaraya rəsmi sorğu göndərib.
Bundan başqa, Suriyanın rabitə və informasiya texnologiyaları naziri Hüseyn əl-Masri yaxın zamanda Türkiyənin paytaxtı Ankaraya səfər edərək, rəqəmsal infrastrukturdan istifadə ilə bağlı texniki məsləhətləşmələr aparacaq.
Ankaraya müraciət, Suriya ərazisindəki telekommunikasiya xidmətlərində baş verən nasazlıqlar və şərq bölgəsindəki bir neçə şəhəri əhatə edən internet bağlantısı problemləri ilə əlaqədar olub.
NetBlocks tərəfindən verilən məlumata görə, Suriya ərazisində genişmiqyaslı internet kəsintisi martın 24-də günün ikinci yarısında baş verib.