...

Boliviyada daşqınlar səbəbindən fövqəladə vəziyyət elan edildi

Dünya xəbərləri Materials 27 Mart 2025 08:11 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Boliviya hökuməti ölkədə şiddətli yağışların səbəb olduğu daşqınlar nəticəsində fövqəladə vəziyyət elan edib.

Trend xəbər verir ki, bu barədə Boliviya prezidenti Luis Arse məlumat verib.

"Təbii fəlakətlər bizi ölkədə fövqəladə vəziyyət elan etməyə məcbur edir. Bu gün biz müvafiq fərman dərc etmişik ki, bu da dəymiş ziyanla mübarizədə iştirak edən bütün şəxslərin işini sürətləndirəcək", – Arse hökumət üzvlərinin iştirakı ilə keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, şiddətli yağışlar nəticəsində 209 bələdiyyə zərər çəkib. Prezident qeyd edib ki, 818 ev selin təsirinə məruz qalaraq dağılıb, hökumət onların bərpası üçün tədbirlər görəcək.

Fəlakət nəticəsində 51 nəfər həyatını itirib, 8 nəfər isə itkin düşmüş hesab edilir.

Boliviyada yağışlı mövsüm ötən ilin noyabrında başlayıb. Son günlərdə vəziyyət daha da ağırlaşıb. Rəsmi məlumatlara görə, bu, son 40 ilin ən güclü yağışlarıdır.

Xəbər lenti

Xəbər lenti