...

Kim Çen In süni intellekt texnologiyalı dronların sınaqlarını qiymətləndirib

Dünya xəbərləri Materials 27 Mart 2025 08:58 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Şimali Koreya lideri Kim Çen In süni intellekt texnologiyalarından istifadə edilən pilotsuz uçuş aparatlarının (PUA) sınaqlarını izləyib və onların hərbi effektivliyini qiymətləndirib.

Trend xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.

Məlumata görə, Kim Çen In 25-26 mart tarixlərində Pilotsuz Aviasiya Texnikası Birliyinin və axtarış-radioelektron mübarizə tədqiqat kollektivinin işinə rəhbərlik edib. O, yeni nəsil kəşfiyyat PUA-ları və kamikadze dronlarının sınaqlarını izləyib.

Sınaqlarda dronların quru və dənizdə düşmənin strateji obyektlərini izləmə və zərbə endirmə qabiliyyəti nümayiş etdirilib. Xüsusilə süni intellekt texnologiyalarının tətbiqi ilə hazırlanan strateji kəşfiyyat PUA-ları və kamikadze dronlarının innovativ xüsusiyyətləri təsdiqlənib.

KMTA-nın məlumatına görə, Kim Çen In bu yeni texnologiyaların hərbi effektivliyi və strateji dəyəri barədə yüksək qiymətləndirmə verib.

Xəbər lenti

Xəbər lenti