Bakı. Trend:
Tramp administrasiyasının yükzək vəzifəli rəsmilərinin şəxsi əlaqə məlumatları internetə sızıb.
Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, internetin ABŞ seqmentində bəzi yüksək vəzifəli məmurların mobil telefon nömrələri, elektron poçt ünvanları və hətta bəzilərinin şifrələri belə əlçatan olub.
Məlumat sızmasından “zərərçəkənlər” arasında Ağ Evin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Uolts, Milli Kəşfiyyat xidmətinin direktoru Tulsi Qabbard, Pentaqon rəhbəri (ABŞ müdafiə naziri- red ) Pit Heqset də yer alır.
Həmin nömrələrin və elektron poçt ünvanlarının əksəriyyəti böyük ehtimalla hələ də istifadə olunur, belə ki, onların bəzilərinin Instagram və LinkedIn kimi sosial şəbəkə profillərinə bağlı olduğu deyilir.