Bakı. Trend:
Avropa İttifaqı Ukraynadakı münaqişə ilə əlaqədar olaraq Belarusa qarşı sanksiyaları genişləndirərək, "qara siyahı"ya 25 nəfər və 7 şirkəti əlavə edib.
Trend-in məkumatına görə, bu barədə müvafiq qaydaların dərc olunduğu Aİ-nin "Rəsmi Jurnalı"nda deyilib.
"25 fiziki və yeddi hüquqi şəxs məhdudlaşdırıcı tədbirlərin şamil olunduğu fiziki və hüquqi şəxslərin siyahısına daxil edilməlidir", - deyə qeyd edilib.
Sənədə əsasən, "qara siyahı"ya, xüsusən də Belarus Mərkəzi Seçki Komissiyasının sədr müavini Aleksey Başan və digər işçilər, hakimlər, sahibkarlar daxildir.