Bakı. Trend:
Ukrayna yaxın 7-10 gün ərzində Ukraynada Avropa kontingentinin yerləşdirilməsi üçün əsas strategiyanı təqdim etmək niyyətindədir.
Trend-in məlumatına görə, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski deyib.
"Ukrayna dialoq üçün alqoritm təklif edəcək. Bu, yaxın 7-10 gün ərzində baş verəcək. Yəni [Fransa Prezidenti Emmanuel] Makronun artıq danışdığı görüş. Bir azrtıq gələcək platformada görüşəcəyik. Biz əsas strategiya təklif edəcəyik", - deyə o bildirib.
V.Zelenski əlavə edib ki, “liderlərdən çoxlu təkliflər var və onlar daha da çoxalıb”. “Kimsə səmada kömək etməyə hazırdır, kimsə hava hücumundan müdafiə ilə, kimi yerdə qüvvəsi var, kimsə öz kontingentini dənizə göndərməyə hazırdır”, - deyə o əlavə edib.