...

Atlantik okeanında 5,8 bal gücündə zəlzələ qeydə alınıb

Dünya xəbərləri Materials 28 Mart 2025 08:41 (UTC +04:00)

Bakı. Trend:

Atlantik okeanında, Orta Atlantik silsiləsinin ekvator hissəsində 5,8 bal gücündə zəlzələ qeydə alınıb.

Trend-in məlumatına görə, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan filialı xəbər verib.

Məlumata əsasən, zəlzələnin episentri Braziliyanın Natal şəhərindən 958 km şimal-şərqdə yerləşib.

Episentrdə yeraltı təkanların intensivliyinə əsasən seysmik hadisə “dağıdıcı” kimi qiymətləndirilib.

ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 6,1 olaraq qiymətləndirib. Bildirilib ki, zəlzələnin ocağı 10 km dərinlikdə olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti