...

Moskvada partlayış törətməyi planlaşdıran Rusiya vətəndaşı saxlanılıb

Dünya xəbərləri Materials 28 Mart 2025 11:36 (UTC +04:00)
Moskvada partlayış törətməyi planlaşdıran Rusiya vətəndaşı saxlanılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rusiyanın paytaxtı Moskvada insanların kütləvi toplaşdığı məkanlarda partlayış törətməyi planlaşdıran Rusiya vətəndaşı saxlanılıb.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxsin kimliyi açıqlanmasa da onun 1972-ci il təvəllüdlü olduğu və bundan əvvəl Rusiya CM-nin adamöldürmə, hədə-qorxu yolu ilə pul tələb etmə, qarət maddələri üzrə məhkum həyatı yaşadığı bildirilir.

FTX onun terror aktını Ukrayna xüsusi xidmət orqanlarının sifarişi ilə planlaşdırdığını iddia edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti