...

Qlobal təhlükəsizlik naminə ABŞ Qrenlandiyaya sahib olmalıdır - Tramp

Dünya xəbərləri Materials 29 Mart 2025 00:50 (UTC +04:00)
Qlobal təhlükəsizlik naminə ABŞ Qrenlandiyaya sahib olmalıdır - Tramp

Bakı. Trend:

Qlobal təhlükəsizlik naminə ABŞ Qrenlandiyaya sahib olmalıdır.

Trend xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.

O bildirib ki, Qrenlandiya üzərində nəzarət təkcə ABŞ deyil, bütün dünya üçün sülh məsələsidir.

"Qrenlandiya boyunca hər yerdə döyüş gəmiləriniz var. Biz buna imkan verməyəcəyik. Qrenlandiyaya nəzarətimiz olmasa, böyük beynəlxalq təhlükəsizlikdən danışa bilmərik”, deyə Tramp əlavə edib.

Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti Cey Di Vans və xanımı Uşa Vans Qrenlandiyaya səfər ediblər.

Xəbər lenti

Xəbər lenti