Bakı. Trend:
Ukrayna Prezidenti Volodimir Zelenski ən çox kiminlə məsləhətləşdiyini açıqlayıb.
Trend xəbər verir ki, Zelenski məsləhət üçün ən çox həyat yoldaşı Yelena Zelenskayaya müraciət etdiyini bildirib.
"Əlbəttə ki, mənim çoxlu məsləhətçilərim var. Amma onlar arasında həyat yoldaşım ən yaxşılarından biri olub. Onun fikirləri mənim üçün xüsusilə vacibdir", - deyə Zelenski bildirib.