Bakı. Trend:
Artıq gələn aydan Rusiyada rus dilini bilməyən miqrant uşaqlarının məktəbə qəbulu qadağan edilir.
Trend rus KİV-lərinə istinadən xəbər verir ki, aprelin 1-dən etibarən bununla bağlı yeni qaydalar qüvvəyə minir.
Qeyd edilir ki, ötən il dekabrın 11-də Dövlət Duması rus dilini bilməyən miqrant uşaqlarının məktəbə qəbulunu qadağan edən qanun layihəsini qəbul edib.
Sənədə görə xarici vətəndaşlar Rusiya Federasiyası ərazisində yaşayış icazələrinin olduğunu təsdiq edən sənəd əsasında təhsil müəssisələrinə qəbul ediləcəklər. Onlar, həmçinin rus dili imtahanından keçməlidirlər.