Bakı. Trend:
Almaniyanın Visbadendə (Hessen federal əyaləti) Amerikanın orta və qısa mənzilli raketlərinin (INF) Almaniya ərazisində planlaşdırılmasına qarşı 1000-ə yaxın insan iştirak edən nümayiş təşkil olunub.
Trend-in "Wiesbadener Kurier" qəzetinə istinadən məlumatına görə, fəallar həmçinin Almaniya Silahlı Qüvvələrinin (Bundesverin) yenidən silahlanmasına qarşı çıxıblar. Bu yaxınlarda Bundestaq (Almaniya parlamenti) Almaniyanın Əsas Qanununa müvafiq dəyişiklikləri qəbul edib.
Polisin ilkin məlumatlarına görə, nümayişdə 1000-ə yaxın adam iştirak edib. Təşkilatçılar isə 4 min fəaldan bəhs ediblər. Nümayişçilər irimiqyaslı silahlanmaya qarşı şüarlar yazılmış plakatlar daşıyıb və beynəlxalq həmrəyliyə çağırıblar. Nümayiş dinc şəraitdə keçirilib.
Qeyd edək ki, 10 iyul 2024-cü ildə ABŞ və Almaniyanın birgə bəyanatında Vaşinqtonun 2026-cı ildən etibarən Almaniya ərazisində hal-hazırda Avropanın hər hansı bir yerində yerləşdirilən silahlardan daha yeni, daha uzun mənzilli silahlar yerləşdirməyə başlayacağı bildirilib.