...

Norveçin Tronxeym şəhərində bıçaqlı hücum nəticəsində bir neçə nəfər yaralanıb

Dünya xəbərləri Materials 29 Mart 2025 21:44 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Norveçin Tronxeym şəhərində fərdi evdə baş verən bıçaqlı hücumda 5 nəfər xəsarət alıb.

Trend xəbər verir ki, hücum nəticəsində 4 nəfər xəstəxanaya aparılıb.

Yaralananlardan biri ağır, ikisi orta, biri isə yüngül xəsarət alıb. Həlak olanlar arasında 20-40 yaşlarında iki qadın və üç kişi olduğu bildirilib.

Hadisə ilə bağlı 40 yaşlı kişi saxlanılıb. Qonşuların verdiyi məlumata görə, son həftələrdə polislər bir neçə dəfə bu ünvana gəliblər.

Xəbər lenti

Xəbər lenti