...

Vmedia Youtube-kanalı: “İndiki Ermənistanın ərazisi əsrlər boyu Azərbaycan adlanırdı”

Dünya xəbərləri Materials 29 Mart 2025 23:15 (UTC +04:00)
Vmedia Youtube-kanalı: “İndiki Ermənistanın ərazisi əsrlər boyu Azərbaycan adlanırdı”
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Vmedia YouTube-kanalı bugünkü Ermənistanın yerləşdiyi torpaqların 19-cu əsrin ortalarına qədər Azərbaycan adlandırılmasından bəhs edən yeni bir videoçarx dərc edib. Daha doğrusu, böyük tarixi Azərbaycan torpaqlarının bir hissəsi olub.

Trend xəbər verir ki, filmdə bir sıra mənbələrdən sübuylar istifadə edilir: rus zabiti S.D. Burnaşev və Rusiya imperiyasının Gürcüstandakı nümayəndəsi ilə yazışması (18-ci əsr mənbələri), həmçinin I Pyotr, II Pyotr, və I Pavelin fərmanları, müxtəlif rus, ingilis, alman xəritələri.

“Bəli, mümkündür ki, həmin dövrdə bu coğrafi adın, məsələn, rus dilində yazılışı tam formalaşmamışdı və gah “Адребижан”, gah da “Адербайджан” şəklində yazılırdı. Lakin “Азербайджан” sözü asanlıqla tanınır və heç bir halda “Армения” sözü ilə oxşarlıq təşkil etmir… Bu, tamamilə tarixi həqiqətlə uyğun gəlir. XIX əsrin birinci rübünə qədər indiki Azərbaycan və Ermənistan ərazilərində 10 Azərbaycan xanlığı mövcud idi…”, – VMedia qeyd edir.

Filmdə Ermənistanın Cənubi Qafqazda necə meydana çıxmasının mümkün olduğu ilə bağlı bir çox faktlar, eləcə də İrəvanın tarixi həqiqətlərin saxtalaşdırılması siyasətini uzun illər necə apardığı barədə məlumatlar təqdim olunur. Məsələn, vurğulanır ki, Ermənistan postsovet məkanında yeganə respublikadır ki, SSRİ dağıldıqdan sonra şəhər və qəsəbələrə tarixi adları qaytarılmadı – məhz ona görə ki, bu adlar türk mənşəli idi.

“İrəvanın öz xalqını tarixi həqiqətdən zorla uzaqlaşdırmaq siyasəti qonşu ölkələrin ərazilərini işğal etmək planları və aqressiya ilə bağlıdır. Buna görə də Ermənistan, Paşinyanın iddia etdiyi kimi, sülh kəsişməsi deyil, çıxılmaz bir dalandır”, – VMedia nəticə olaraq bildirir.

Xəbər lenti

Xəbər lenti