Bakı. Trend:
Uqanda Səhiyyə Nazirliyi, meymunçiçəyi (mpox) epidemiyasının elan edilməsindən sonra son 8 ayda təsdiqlənmiş xəstəlik hallarının ümumi sayının 4 810 nəfərə çatdığını açıqlayıb.
Trend “Sinhua” agentliyinə istinadən xəbər verir ki, bu müddət ərzində 37 nəfər ölüb. Qurum, həmçinin, son 24 saat ərzində 13 yeni yoluxma və 6 ölüm faktı qeydə alındığını bildirib.
Meymunçiçəyi xəstəliyinin yoluxma halları artmaqda davam edir və gözlənilir ki, 2025-ci ilin martında ən yüksək pik həddi baş versin. Ən çox yoluxan yaş qrupunun 25-29 yaş arası insanlar olduğu qeyd edilib.
Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) cümə günü xəbərdarlıq edib ki, Uqandada dünyada meymunçiçəyinə yoluxma hallarının ən yüksək sayı qeydə alınıb.