Bakı. Trend:
ABŞ Prezidenti Donald Tramp Finlandiya prezidenti Aleksander Stubb ilə buzqıran gəmilərin alınmasını müzakirə edib.
Trend xəbər verir ki, bu barədə Tramp Truth Social platformasında yazıb.
"Prezident Stubb və mən Birləşmiş Ştatlar və Finlandiya arasında tərəfdaşlığın gücləndirilməsini səbirsizliklə gözləyirik. Bu, ABŞ üçün böyük əhəmiyyət daşıyan buzqıran gəmilərin alınmasını və inkişafını əhatə edir", – Tramp bildirib.
Trampın sözlərinə görə, dövlət başçıları Floridada, Palm Beach şəhərində yerləşən Trump International Golf Club-da birlikdə qolf oynayıblar.
Qeyd edək ki, martın 13-də Ağ Evdə NATO-nun baş katibi Mark Rütte ilə görüşü zamanı Tramp ABŞ-nin Arktikada mövcudluğunu gücləndirmək üçün 48 buzqıran gəmi sifariş etmək niyyətində olduğunu açıqlayıb.