...

Böyük Britaniya Myanmada zəlzələdən zərərçəkənlərə 10 milyon funt ayıracaq

Dünya xəbərləri Materials 30 Mart 2025 04:23 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Böyük Britaniya Myanmada baş verən zəlzələnin nəticələrini aradan qaldırmaq və zərərçəkənlərə yardım göstərmək üçün 10 milyon funt-sterlinq (13 milyon dollar) ayıracaq.

Trend xəbər verir ki, bu barədə Böyük Britaniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ayrılan vəsait təbii fəlakətdən ən çox təsirlənən bölgələrdə yaşayan insanlara humanitar yardımın çatdırılması üçün istifadə olunacaq.

XİN rəhbərinin müavini Baronessa Cennifer Çapman bildirib ki, Britaniya tərəfindən maliyyələşdirilən tərəfdaş qurumlar artıq humanitar yardımın çatdırılması üçün resursları səfərbər edib və bu 10 milyon funt-sterlinqlik maliyyə paketi həmin səyləri dəstəkləməyə kömək edəcək.

Xəbər lenti

Xəbər lenti