...

Tramp Qrenlandiyanı alacağına tam əmin olduğunu bildirib

Dünya xəbərləri Materials 30 Mart 2025 05:58 (UTC +04:00)
Tramp Qrenlandiyanı alacağına tam əmin olduğunu bildirib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun Qrenlandiyanı alacağına tam əmin olduğunu açıqlayıb.

Trend xəbər verir ki, bu barədə Tramp "NBC News"a verdiyi müsahibədə bildirib.

"Qrenlandiyanı alacağıq. Bəli, 100%", - deyə, Tramp qeyd edib. O, əlavə edib ki, bunu hərbi güc olmadan etmək üçün "yaxşı şans" olduğunu söyləsə də, heç nəyi istisna etmədiyini vurğulayıb.

Tramp, Qrenlandiya məsələsinin beynəlxalq sülh, təhlükəsizlik və güc məsələsi olduğunu qeyd edərək, "dünyaya hansı siqnal göndərəcəyi" ilə bağlı narahat olmadığını bildirib.

Amerika prezidenti həmçinin iddia edib ki, Qrenlandiya yaxınlığında Rusiya, Çin və digər ölkələrə məxsus gəmilər üzür və ABŞ bu cür zərərli fəaliyyətlərin qarşısını almalıdır.

Martın 13-də Tramp, Danimarkanın muxtar ərazisi olan Qrenlandiyanı ilhaq etmə planını bir daha vurğulamışdı.

Xəbər lenti

Xəbər lenti