...

Antuan Qrizmann La Liqada ən çox meydana çıxan əcnəbi futbolçu olub

Dünya xəbərləri Materials 30 Mart 2025 07:35 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Atletiko"nun hücumçusu Antuan Qrizmann İspaniya çempionatının tarixinə düşüb.

Trend xəbər verir ki, 34 yaşlı oyunçu, La Liqada ən çox meydana çıxan əcnəbi futbolçu olaraq yeni rekord qurub.

Qrizmann, 29-cu turda səfərdə "Espanyol"a qarşı oyunda 521-ci dəfə meydana çıxıb və bu göstəricidə "Barselona"nın əfsanəsi Lionel Messini (520 matç) geridə qoyub.

Qeyd edək ki, "Espanyol" - "Atletiko" matçı 1:1 hesabı ilə başa çatıb. Qrizmann bu mövsümdə 8 qol və 5 ötürmə ilə yadda qalıb.

Xəbər lenti

Xəbər lenti