Bakı. Trend:
İndoneziyanın Açe vilayətində 5,4 bal gücündə zəlzələ baş verib.
Trend-in məlumatına görə, bu barədə İndoneziya Seysmoloji və Meteorologiya Agentliyi xəbər verib.
Məlumata əsasən, zəlzələnin episentri Banda-Açeh şəhərindən 18 km aralıda, ocağı 10 km dərinlikdə yerləşib. Ölənlər və dağıntılar barədə məlumat verilməyib.
Sunami ehtimalı yoxdur.