...

Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 20-yə çatıb

Dünya xəbərləri Materials 31 Mart 2025 20:41 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Banqkokda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 20-yə çatıb, 74 nəfər isə hələ də itkin düşüb.

Trend xəbər verir ki, bu barədə Banqkokun şimalındakı Çatuçak rayonunda yerləşən Baş Auditor İdarəsinin binasının uçduğu ərazidə yerləşdirilən operativ qərargahdan bildirilib.

Qeyd edilir ki, binanın tikintisinə cəlb olunmuş bütün itkin düşənlər zəlzələnin qurbanları olub. Son 24 saat ərzində xilasedicilər dağıntılar altından iki qurbanın cəsədini çıxarıblar. Bununla da bu obyektin üzərində ümumilikdə 13 nəfərin öldüyü elan edilib.

Martın 28-də Myanmada baş verən güclü zəlzələnin maqnitudası 7,9 olub. Tailand Meteorologiya Departamentinin məlumatına görə, zəlzələ nəticəsində ölənlərin sayı 2 mini keçib.

Zəlzələ Tailandda da hiss edilib, xüsusən Banqkok və ətraf ərazilərdə, həmçinin ölkənin şimal, şimal-şərq, mərkəzi və cənub bölgələrində güclü təkanlar olub. Tailand səlahiyyətliləri, zəlzələni böyük fəlakət kimi təsnif edərək, ölkəni vuran bu təbii fəlakəti dörddə üç səviyyə ilə qiymətləndiriblər.

Xəbər lenti

Xəbər lenti