...

Avropa aviaşirkətləri Suriyaya birbaşa uçuşları bərpa edə bilər

Dünya xəbərləri Materials 1 Aprel 2025 00:22 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa aviaşirkətləri Suriyaya birbaşa uçuşları yenidən həyata keçirə bilər.

Trend-in məlumatına görə, bunu Suriyanın yeni nəqliyyat naziri Yaarub Bədra bildirib.

Nazirin sözlərinə görə, Suriya ilə dünya ölkələri arasında hava nəqliyyatının pozulmasına səbəb Dəməşq olmayıb.

"Bu, Suriya hava limanlarına xidmət göstərməyi dayandıran və milli aviadaşıyıcının Avropaya uçmasına icazə verməyən xarici şirkətlərin qərarlarından sonra baş verib. İnanıram ki, indi bu şirkətlərin Suriyaya qayıtmasının vaxtı çatıb”, – deyə Bədra vurğulayıb.

Xəbər lenti

Xəbər lenti