...

Belarus Azərbaycandan qeyri-neft məhsulları alışını 2 dəfə artırıb

İqtisadiyyat Materials 1 Aprel 2025 13:36 (UTC +04:00)
Belarus Azərbaycandan qeyri-neft məhsulları alışını 2 dəfə artırıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Belarusa 10,7 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac olunub.

Bu barədə Trend Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.

Məlumata görə, bu göstərici 2024-cü ilin eyni dövrü ilə müqayisədə 5,3 milyon ABŞ dolları və ya 2 dəfə çoxdur.

Hesabat dövründə Belarusa qeyri-neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 2,21%-i həcmində olub.

Bununla da Belarus Azərbaycanın ən çox qeyri-neft məhsulları ixrac etdiyi ölkələr sırasında 7-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, cari ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 8,9 milyard ABŞ dolları olub.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 milyard ABŞ dolları və ya 23,2% çoxdur.

Hesabat dövründə ticarət dövriyyəsinin 4,8 milyard dolları ixracın, 4,1 milyard dolları idxalın payın düşüb ki, bunlar da, illik müqayisədə müvafiq olaraq 13 milyon dollar və ya 0,3% az və 1,7 milyard dollar və ya 69,2% çoxdur.

Hesabat dövründə xarici ticarətdə 628 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da, illik müqayisədə 1,7 milyard dollar və ya 3,7 dəfə azdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti