...

Ukrayna və ABŞ "Minerallar" haqda sazişin mətni üzrə məşvərətlərə başlayıb

Dünya xəbərləri Materials 1 Aprel 2025 14:36 (UTC +04:00)
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Ukrayna ilə ABŞ arasında Minerallar (faydalı qazıntılar) haqda yeni sazişin layihəsinin hazırlanması və onun şərtlərinin razılaşdırılmasının təfərrüatını açıqlayıb.

Trend xəbər verir ki, bu barədə Ukraynanın “UNİAN” nəşri yazır.

“Təsdiq edirəm ki, martın 28-də Xarici İşlər Nazirliyinə Amerika tərəfindən diplomatik kanallar vasitəsilə sözügedən mineral resurslar haqda sazişin yeni mətni göndərilib”,- deyə Sibiqa litvalı həmkarı Kyastutis Budrislə keçirdiyi birgə mətbuat konfransında bildirib.

O qeyd edib ki, Ukraynanın bu qəbildən olan sənədlərin tərtib olunması üzrə öz qanunvericiliyi var və artıq “dövlətdaxili lazımi prosedurların” icrasına başlanılıb.

Sibiqa, eyni zamanda, Amerika tərəfi ilə sazişin mətni üzrə məşvərətlərin başladığını təsdiq edib. Onun sözlərinə əsasən, birinci mərhələ artıq baş tutub.

Sibiqa əmin edib ki, Ukrayna tərəfi həm ABŞ, həm də Ukraynanın milli maraqlarına cavab verən sənədin imzalanmasında israrlıdır.

"Bizim fikrimizcə, güclü, iri Amerika biznes subyektlərinin gücləndirilmiş iştirakını ehtiva edən saziş mətni Ukraynanın təhlükəsizlik infrastrukturuna da töhfədir. Ukrayna ərazisində Amerikan biznesinin iştirakının gücləndirilməsi həmişə vacibdir. Buna görə də bu proses davam edəcək və biz imzalanma üçün qarşılıqlı qəbul edilə bilən mətnin əldə edilməsi məqsədilə Amerika tərəfdaşlarımızla işləyəcəyik", - deyə Sibiqa qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti