Bakı. Trend:
İtaliyanın baş naziri Ciorcia Meloni ABŞ-nin idxal tariflərinin iqtisadi təsirlərindən narahatdır və bu məhdudiyyətlərin qismən yüngülləşdirilməsi üçün Vaşinqtona səfər etməyi planlaşdırır.
Trend-in Bloombergə istinadən verdiyi məlumata görə, Meloni ABŞ-nin Avropa İttifaqından (Aİ) idxalına tətbiq etdiyi tarifləri azaltmaq məqsədilə danışıqlar aparmaq niyyətindədir. Lakin səfərin dəqiq tarixi hələlik müəyyən edilməyib.
Nəşr qeyd edir ki, Meloni Trampın andiçmə mərasimində iştirak edən yeganə Aİ lideri olub və Mar-a-Laqoda ABŞ prezidenti ilə görüşüb. O, həmçinin Elon Mask ilə dostluğunu bəyan edib.
Bloomberg vurğulayır ki, İtaliya ABŞ-nin ticarət tariflərindən mənfi təsirlənən ölkələr sırasındadır. Yeni tariflərin tətbiqinin İtaliya iqtisadiyyatına daha da ağır zərbə vura biləcəyi bildirilir.