...

Niderland Ukraynanın pilotsuz təyyarə layihəsinə 500 milyon avro ayırır

Dünya xəbərləri Materials 1 Aprel 2025 07:33 (UTC +04:00)
Niderland Ukraynanın pilotsuz təyyarə layihəsinə 500 milyon avro ayırır
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Niderland Ukrayna üçün pilotsuz təyyarələrin istehsalı üzrə genişmiqyaslı layihəyə 500 milyon avro ayırıb.

Trend xəbər verir ki, Niderland Müdafiə Nazirliyinin məlumatına görə, bu maliyyə paketi Ukraynaya 2025-ci il üçün nəzərdə tutulan 2 milyard avroluq sürətləndirilmiş dəstəyin bir hissəsidir.

"Bu vəsait Ukraynaya Rusiyanın cəbhə xəttindəki hücumlarını dayandırmağa kömək etməlidir", - məlumatda bildirilib.

Pilotsuz təyyarələrin istehsalına maliyyə ayırmaq barədə qərar Niderlandın müdafiə naziri Ruben Brekelmans və dövlət katibi Qeys Tuynmanın Ukraynaya son səfəri zamanı qəbul edilib.

Xəbər lenti

Xəbər lenti