...

Türkiyədə avtobus qəzası nəticəsində 23 nəfər yaralanıb

Dünya xəbərləri Materials 6 Aprel 2025 13:28 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyənin şimalında yerləşən Çorum şəhərində baş vermiş yol-nəqliyyat hadisəsində 23 nəfər yaralanıb.

Trend xəbər verir ki, bu barədə “Anadolu” məlumat yayıb.

Adana Qızıl Portağal Çiçəyi Festivalından qayıdan şəxsləri daşıyan tur şirkətinə məxsus avtobus, Yozqat-Çorum şosesində, Elicek kəndi yaxınlığında yoldan çıxaraq yol kənarındakı torpaq əraziyə çırpılıb.

54 nəfərin olduğu nəqliyyat vasitəsində 23 nəfər yaralanıb. Yaralıların bəziləri sıxılı vəziyyətdə qalıb və xilasedicilər tərəfindən qurtarılıblar. Hadisə nəticəsində yaralananların həyati təhlükədə olmadığı bildirilib.

Xəbər lenti

Xəbər lenti