Bakı. Trend:
ABŞ Hərbi Hava Qüvvələri beşinci nəsil F-35 “Lightning II” döyüş təyyarələrinin ikinci eskadrilyasını bu yay Böyük Britaniyanın Lakenheath Hərbi Hava Qüvvələri bazasında yerləşdirməyi planlaşdırır.
Trend xəbər verir ki, bu barədə ABŞ-nin Avropa Komandanlığının rəhbəri general Kristofer Kavolinin Senatın Silahlı Qüvvələr Komitəsinə təqdim etdiyi yazılı açıqlamada bildirilib. Onun sözlərinə görə, ikinci F-35 eskadrilyası payız aylarında tam əməliyyat qabiliyyətinə çatacaq.
Hazırda Leykenhit bazasında bir F-35 eskadrilyası və iki F-15E “Strike Eagle” eskadrilyası fəaliyyət göstərir. Yeni yerləşdirmə ilə bazadakı F-35 təyyarələrinin ümumi sayı 52-yə çatacaq.
Qeyd edək ki, F-35 qırıcıları ötən il 50 kilotondan çox məhsuldarlığa malik B61-12 nüvə bombalarını daşımaq üçün sertifikat alıb. Bu, onların strateji imkanlarını daha da genişləndirir.