Bakı. Trend:
Turkish Airlines və EgyptAir aviaşirkətləri təhlükəsizliklə bağlı narahatlıqlar səbəbilə Somalinin paytaxtı Moqadişunun beynəlxalq hava limanına uçuşlarını müvəqqəti olaraq dayandırdıqlarını elan ediblər.
Trend xəbər verir ki, bu barədə məlumatı "Baidoa Online" portalı Somali federal hökumətinin xüsusi xidmət orqanlarındakı mənbələrə istinadla yayıb.
Məlumata görə, qərar aprelin 6-da Moqadişu hava limanının minaatan hücumuna məruz qalmasından sonra qəbul edilib. Hadisə nəticəsində aeroportda təhlükəsizlik tədbirləri gücləndirilib və uçuşların təhlükəsizliyinə dair əlavə qiymətləndirmələr aparılır.
Hazırda hər iki aviaşirkətin Moqadişuya uçuşlarının nə vaxt bərpa olunacağı ilə bağlı rəsmi açıqlama verilməyib.