Bakı. Trend:
Gecə saatlarında Suriyanın Dəməşq şəhərinin qərb kənarında bir neçə güclü partlayış səsi eşidilib.
Trend-in məlumatına görə, bu barədə "Al Mayadeen" televiziya kanalı xəbər verib.
Məlumata əsasən, yerli hakimiyyət orqanları hesab edir ki, İsrail Hərbi Hava Qüvvələri Dəməşqin qərbindəki hərbi obyektlərə növbəti raket zərbəsi endirib.
Qeyd edək ki, aprelin 3-də İsrail aviasiyası Dəməşqin cənub kənarındakı Əl-Kisvada keçmiş Suriya ordusunun 75-ci və 91-ci mexanikləşdirilmiş briqadalarının bazalarına hücum edib.