...

Dünyada boşanma sayının ən yüksək olduğu 10 ölkə açıqlanıb

Dünya xəbərləri Materials 8 Aprel 2025 07:29 (UTC +04:00)

Bakı. Trend:

2025-ci ilə qədər dünyada boşanmaların ən yüksək olduğu ölkələrin yenilənmiş reytinqi açıqlanıb.

Trend xəbər verir ki, "Divorce" agentliyinin apardığı hərtərəfli araşdırmalar nəticəsində boşanma nisbətləri, sosial və iqtisadi faktorlar da nəzərə alınmaqla reytinq tərtib olunub.

Müasir cəmiyyətlərdə ailə və evlilik anlayışının dəyişməsi, fərdiləşmənin artması, iqtisadi böhranlar və rəqəmsallaşmanın münasibətlərə təsiri boşanmaların artmasında əsas səbəblər kimi göstərilir.

Araşdırmada qeyd olunub ki, siyahının ilk sıralarında Avropa və Şimali Amerika ölkələri yer alır. Ailə qurmaqdan daha çox şəxsi azadlığa önəm verən cəmiyyətlərdə boşanma halları daha çox müşahidə olunur.

Qeyd edək ki, siyahıya daxil olan 30 ölkənin tam sıralaması və boşanma faizləri agentliyin rəsmi saytında təqdim edilib.

Siyahı isə belədir:

1. Maldivlər 5.52

2. Qazaxıstan 4.6

3. Rusiya 3.9

4. Moldova 3.8

5. Belarus 3.7

6. Çin 3.2

7. Ukrayna 3.1

8. Kuba 2.9

9. Nigeriya 2.9

10. Litva 2.8

Xəbər lenti

Xəbər lenti