...

Trampdan böyük islahat mesajı

Dünya xəbərləri Materials 9 Aprel 2025 03:05 (UTC +04:00)
Trampdan böyük islahat mesajı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp administrasiyasının federal büdcə xərclərini 1 trilyon dollardan çox azaltmaq niyyətində olduğunu açıqlayıb.

Trend-in məlumatına görə, Tramp bu barədə Nümayəndələr Palatasının spikeri Mayk Conson və digər qanunvericilərlə keçirdiyi görüşdən sonra Truth Social sosial şəbəkəsində paylaşım edib.

“Bu gün Palatanın sədri və mühafizəkar üzvlərlə çox yaxşı görüş keçirdim. Onların hamısı gözəl insanlardır. Mən onlara başa saldım ki, xərclərin ciddi şəkildə azaldılmasının tərəfdarıyam! Biz 1 trilyon dollardan çox olan xərclərin azaldılmasını nəzərdə tutan böyük və gözəl bir qanun layihəsi üzərində işləyəcəyik. Nümayəndələr Palatası və Senat üzvləri ilə birlikdə bu islahat üçün səylə çalışacağam, lakin qanun layihəsi təcili qəbul olunmalıdır”, – deyə Tramp bildirib.

Görüşdən sonra Mayk Conson da çıxış edərək prezidentlə cari maliyyə ili üçün büdcə layihəsinin müzakirə olunduğunu təsdiqləyib. Qeyd edək ki, ABŞ-də yeni maliyyə ili ötən ilin oktyabrın 1-də başlayıb.

Xatırladaq ki, Donald Tramp bundan əvvəl də dövlət aparatının ölçüsünü azaltmaq, bürokratiyanı aradan qaldırmaq və şişmiş idarəetməni sadələşdirmək məqsədilə bir sıra təşəbbüslərlə çıxış etmişdi. Bu tədbirlərin ABŞ hökumətinin xərclərinə ciddi qənaət gətirəcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti