...

Tramp kömür sənayesini dirçəltmək üçün dörd sərəncam imzaladı

Dünya xəbərləri Materials 9 Aprel 2025 05:00 (UTC +04:00)
Tramp kömür sənayesini dirçəltmək üçün dörd sərəncam imzaladı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp çərşənbə axşamı Ağ Evdə ölkənin zəifləyən kömür sənayesini gücləndirmək məqsədilə dörd icra sərəncamı imzalayıb.

Trend xəbər verir ki, bu sənədlər kömür hasilatının və ixracının artırılması, sahədə mövcud olan tənzimləyici məhdudiyyətlərin yumşaldılması, eləcə də sənayenin federal dəstək almasını nəzərdə tutur.

Yeni sərəncamlarla Tramp federal ərazilərdə kömür çıxaran şirkətlərə qoyulan qadağaları ləğv edib və Energetika Nazirliyi ilə digər aidiyyəti qurumlara kömürlə işləyən elektrik stansiyalarının süni intellekt əsaslı məlumat mərkəzlərini enerji ilə təmin edə biləcəyinə dair araşdırma aparmağı tapşırıb.

Bununla yanaşı, Tramp köhnə kömür zavodlarının bağlanmasının qarşısının alınmasını və federal torpaqlarda yeni mədənlərə icazə verilməsi prosesinin sürətləndirilməsini istəyib. O, həmçinin Ədliyyə Nazirliyinə tapşırıb ki, bəzi əyalətlərin iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində kömürdən imtina etmək səyləri hüquqi baxımdan araşdırılsın.

“Mən buna gözəl, təmiz kömür deyirəm. Biz Co Baydenin bu kömürlə apardığı müharibəni birdəfəlik dayandıracağıq”, – deyə Tramp çıxışında vurğulayıb.

Xəbər lenti

Xəbər lenti