...

ABŞ-nin tətbiq etdiyi idxal rüsumları gündəlik 2 milyard dollar qazanc gətirir

Dünya xəbərləri Materials 9 Aprel 2025 07:51 (UTC +04:00)
ABŞ-nin tətbiq etdiyi idxal rüsumları gündəlik 2 milyard dollar qazanc gətirir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp, Ağ Evdə çıxışı zamanı bildirib ki, Amerika Birləşmiş Ştatları idxal məhsullarına tətbiq etdiyi rüsumlardan gündə təxminən 2 milyard dollar gəlir əldə edir.

Trend-in məlumatına görə, Prezident Tramp, rüsumların ABŞ iqtisadiyyatı üçün böyük fayda təmin etdiyini vurğulayıb: "Gündə 2 milyard dollar və bizdə hər şey çox yaxşıdır," - o qeyd edib.

Tramp əlavə edib ki, Vaşinqton, öz məhsullarını ABŞ-yə ixrac etmək istəyən 70-dən çox ölkə ilə danışıqlar aparır. "Bizim problemimiz odur ki, bu qədər ölkəni tez qəbul edə bilmirik, amma buna ehtiyacımız yoxdur, çünki rüsumlar işləyir və pul ölkəyə heç vaxt görmədiyimiz səviyyədə axır," - deyə o əlavə edib.

Prezident, bir çox ölkələrin Vaşinqtonla ticarət razılaşmaları bağlamaq istədiyini, o cümlədən Yaponiya və Cənubi Koreyanın ABŞ ilə ticarət sövdələşmələri bağlamaq üçün gələcəyini də qeyd edib.

Xəbər lenti

Xəbər lenti