Bakı. Trend:
Yəməndə “Ənsar Allah” hərəkatından olan husilər Əl-Cauf əyalətinin səmasında ABŞ ordusuna məxsus "MQ-9 Reaper" kəşfiyyatçı-zərbəçi pilotsuz uçan aparatını vurub.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə hərəkatın hərbi nümayəndəsi Yəhya Sariyə açıqlama verib.
“Bizim hava hücumlarından müdafiə qüvvələrimiz yerli istehsal olunmuş raketdən istifadə etməklə Əl-Cauf əyalətinin hava məkanında düşmənçi missiya yerinə yetirən ABŞ-yə aid "MQ-9" PUA-sını vurmağa nail olub”, -Sariyə deyib.
O, bunun son 10 gün ərzində Yəmənin hava məkanında vurulmuş sayca üçüncü “MQ-9 Reaper” dronu olduğunu diqqətə çatdırıb.