...

ABŞ-də xarici tələbələrin sosial şəbəkə hesabları yoxlanılacaq

Dünya xəbərləri Materials 10 Aprel 2025 11:30 (UTC +04:00)
ABŞ-də xarici tələbələrin sosial şəbəkə hesabları yoxlanılacaq
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ hakimiyyəti ölkədə təhsil alan xarici tələbələrin, həmçinin “qrin-kart” üçün müraciət edən xarici vətəndaşların sosial şəbəkə hesablarını yoxlayacaq. Yoxlamada əsas məqsəd onların sosial şəbəkələrdə anti-semit materiallar və yazılar paylaşıb-paylaşmadığını yoxlamaqdır.

Trend xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri ABŞ-nin Vətəndaşlıq və Miqrasiya məsələləri üzrə Xidmətinə (USCIS) istinadən məlumat yayıb.

Məlumata görə, bu gündən etibarən Vətəndaşlıq və Miqrasiya məsələləri üzrə Xidmət xarici tələbələrin sosial şəbəkələrdəki anti-semti fəaliyyətini nəzərdən keçirəcək və yəhudilərin fiziki olaraq təqibi miqrasiya ilə bağlı lüqotların ayrılması üçün edilən müraciətlərə rədd cavabının verilməsi üçün əsas olacaq.

"Bu bu daimi sakin qanuni statusunu əldə etmək üçün müraciət edən xarici vətəndaşlara, xarici tələbələrə və (yerli) təhsil ocaqlarına daxil olan digər vətəndaşlara dərhal şamil olunacaq”,- məlumatda qeyd olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti