Bakı.Trend:
Pentaqon federal hərbi xərcləri azaltmaq məqsədilə “Accenture”, “Booze Allen”, “Deıoitte” və başqa iri şirkətlərlə əməkdaşlığı dayandırıb. Müqavilələrə xitam verilməsi ABŞ müdafiə nazirliyinə 5.1 milyard dollara qənaət etməyə imkan verəcək.
Trend xarici KİV-lərə istiandən xəbər verir ki, bu haqda ABŞ müdafiə naziri Pit Heqset bəyanat yayıb.
“Yardımçı xidmətlərin, konsaltinq və başqa ikincidərəcəli xidmətlərin göstərilməsi ilə bağlı 5, 1 milyard dollar həcmində müqavilələrin dayandırılması haqda fərman imzalayıram. Məsələn Müdafiə Nazirliyinin Səhiyyə Agentliyinin “Accenture”, “Deloitte”, “Booz Allen” və başqa şirkətlərlə müqavilələrin ləğvi “Pentaqona 1,8 milyard dollara qənaət etməyə imkan verəcək”, - deyə Heqset bildirib.
Heqset həmçinin onu da diqqətə çatdırıb ki, Pentaqon müxtəliflik, bərabərhüquqluluq və inklüzivliklə bağlı təşkilatların təbliğatına qarşı “mübarizəni” davam etdirir və artıq belə ideyaları hərbçilər arasında aşılayan 11 şirkətlər müqaviləyə xitam verildiyini bildirib.