Bakı. Trend:
Çin Tramp administrasiyasının Pekinə qarşı sərt gömrük siyasətinə cavab olaraq şənbə günündən etibarən ABŞ mallarına tətbiq olunan idxal rüsumlarını 84 faizdən 125 faizə qaldıracağını elan edib.
Trend xəbər verir ki, bu haqda “Associated Press” məlumat yayıb.
İki gün əvvəl Ağ Ev rəhbəri 70-dən çox ölkə üçün qarşılıqlı idxal gömrüyü tətbiqini 90 gün müddətinə dayandırdığını elan etsə də, Çin üçün əksinə olaraq gömrük rüsumlarını 145 faizə qaldırdığını bildirib. Rəsmi Pekin bu siyasəti “iqtisadi bulinq” kimi dəyərləndirərək, əks tədbirlər görəcəyini vəd etmişdi.
Çinin Kommersiya Nazirliyi ABŞ-nin tarif siyasəti ilə bağlı Tramp administrasiyasından “Ümumdünya Ticarət Təşkilatına” rəsmi qaydada şikayət edəcəklərini bildirib.