Bakı. Trend:
ABŞ Dəniz Piyadaları Korpusu yeni anti-dron sistemləri alacaq, bu sistemlər kiçik dronları aşkar etmək və məhv etmək üçün nəzərdə tutulub.
Trend xəbər verir ki, bu barədə "Defense News" məlumat yayıb.
Dəniz Piyadaları Korpusu tərəfindən verilən məlumata görə, yeni sistemlər dəniz piyadalarına düşmən dronlarını (kiçik cihazlar) aşkar etməyə, izləməyə, müəyyən etməyə və həm kinetik, həm də qeyri-kinetik üsullarla təsir etməyə imkan verəcək.
Dəniz Piyadalarının Təlim Komandanlığının rəhbəri, general-leytenant Benjamin Votson bildirib ki, əvvəllər dəniz piyadaları Soyuq Müharibə dövründə hava hücumundan müdafiə üçün təlim keçsələr də, bu gün artıq belə bir ehtiyac yoxdur. Bu, ABŞ Dəniz Piyadaları Korpusunun hava üstünlüyü şəraitində daha da inkişaf etməsi ilə əlaqədardır.