...

Bəzi ölkələr üçün istisnalar tətbiq oluna bilər, lakin rüsumlar 10%-dən aşağı olmayacaq - Tramp

Dünya xəbərləri Materials 12 Aprel 2025 07:17 (UTC +04:00)
Bəzi ölkələr üçün istisnalar tətbiq oluna bilər, lakin rüsumlar 10%-dən aşağı olmayacaq - Tramp
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp bəzi ölkələr üçün cavab rüsumlarında istisnalar tətbiq edilə biləcəyini istisna etməyib.

Trend-in məlumatına görə, Tramp bu barədə cümə günü prezident təyyarəsində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Bəli, əlbəttə, bir neçə istisna ola bilər, lakin mən deyərdim ki, 10 % minimum həddir”, – deyə Tramp vurğulayıb.

O əlavə edib ki, hazırda “bir çox ölkə” ABŞ ilə ticarət sazişlərinin bağlanması üzrə məsləhətləşmələr aparmaq istəyir.

Xəbər lenti

Xəbər lenti