Bakı. Trend:
Ukraynanın müdafiə sektoru və hökuməti xarici tərəfdaşlarla danışıqlar aparır və “Patriot” hava hücumundan müdafiə sisteminin analoqunu yaratmaq üçün öz layihələri üzərində işləyir. O, yalnız ABŞ tərəfindən təchiz edilir və bu gün Rusiya ballistik raketlərini vura bilən yeganə qurğudur.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə brifinqdə Ukraynanın strateji sənaye naziri German Smetanin deyib.
"Hazırda Ukrayna ərazisində "Patriot" hava hücumundan müdafiə raket sistemlərinin analoqu yoxdur, lakin bizim müdafiə sənayemizin müvafiq layihəsi var və biz onun üzərində işləyirik", - deyə Smetanin bildirib.
Dünyanın analoji sistemlər istehsal edə bilən digər ölkələrinə gəlincə, nazir qeyd edib ki, belə ölkələr var və Ukrayna artıq qismən lokallaşdırma ilə bağlı danışıqlar aparır.
"Amerikanın bu sistemləri istehsal etdiyi tərəfdaşları var. Analoq istehsalçıları, o cümlədən "Patriot" şirkəti ilə Ukraynada bu sistemlərin istehsalının qismən lokallaşdırılması ilə bağlı bir sıra danışıqlar aparmışıq. Hazırda belə danışıqlar aparılır, aktiv iş gedir", - deyə Smetanin əlavə edib.
Xatırladaq ki, Ukrayna hazırda Rusiya ballistik raketlərini vura bilən hava hücumundan müdafiə sistemlərinə görə tamamilə ABŞ-dən asılıdır.
Rusiyanın ballistik raketlərini yalnız “Patriot” sistemləri vasitəsilə vurmaq olur.