Bakı. Trend:
ABŞ silahlı qüvvələri Yəmənin cənub-qərbində Əl-Bayda əyalətində texniki məktəbə silsilə zərbələr endirib.
Trend-in məlumatına görə, bu barədə "Ənsar Allah" hərəkatının husi üsyançılarının nəzarətində olan "Al Masirah" telekanalı məlumat yayıb.
Məlumata əsasən, Əl-Bayda bölgəsində də ABŞ qüvvələri Ənsar Allah hərbi düşərgəsinə hücum edib. Bundan əlavə, hərbi hava qüvvələri Əl-Hodeyda əyalətində üsyançıların mövqelərinə iki, Saada vilayətində üsyançıların silah saxlamaq üçün istifadə etdikləri anbarlara üç zərbə endirib.