Bakı. Trend:
ABŞ-yə müraciət edərək gömrük rüsumları ilə bağlı danışıqlar aparmaq istəyən ölkələrin sayı 130-a çatıb.
Trend xəbər verir ki, bu barədə Ağ Evin Milli İqtisadi Şurasının rəhbəri Kevin Hassett CNN-ə müsahibəsində məlumat verib.
O bildirib ki, ABŞ bu ölkələr üçün idxal rüsumlarını 10 faizə endirib.
Hassett, eyni zamanda, ABŞ ilə Çin arasında ticarət münaqişələrinin həll prosesinin davam etdiyini, lakin hələ ilkin mərhələdə olduğunu vurğulayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp 9 aprel tarixində 185 ölkə və regiondan idxal olunan mallara gömrük rüsumları tətbiq edib.