...

İlon Maskın rəhbərlik etdiyi qurum büdcə qənaətlərini şişirdir - KİV

Dünya xəbərləri Materials 14 Aprel 2025 01:38 (UTC +04:00)
İlon Maskın rəhbərlik etdiyi qurum büdcə qənaətlərini şişirdir - KİV
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İlon Maskın rəhbərlik etdiyi Hökumətin Səmərəliliyinin Artırılması İdarəsi (DOGE) tərəfindən büdcə xərclərinin azaldılması ilə bağlı açıqlanan iqtisadi effektlərin reallığı əks etdirmədiyi bildirilir.

Trend xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti öz hesablamalarına və mənbələrinə istinadən yazıb.

Nəşr qeyd edir ki, DOGE real qənaət rəqəmlərini qəsdən şişirdir, hökumət vəsaitlərinin qənaəti ilə bağlı əsl nəticələr isə daha mütənasibdir.

NYT yazır ki, əvvəlcə Mask 2026-cı maliyyə ilində xərclərin 1 trilyon dollar azaldılacağını vəd etsə də, ötən həftə bu planları 150 milyard dollarlıq daha təvazökar məqsədlə əvəz edib.

Qəzetin məlumatına görə, DOGE tərəfindən açıqlanan qənaət rəqəmləri bir sıra xətalar, qeyri-dəqiqliklər və maliyyə manipulyasiyaları ilə müşayiət olunur. Siyahıya növbəti maliyyə ilində heç bir təsiri olmayacaq kəsintilər, əslində ləğv edilməyəcək müqavilələrin hesablanması, büdcə maddələrinin süni şəkildə şişirdilməsi və digər bənzər hallar daxildir.

Xüsusilə, ləğv edilmiş müqavilələrlə bağlı DOGE faktiki sərf olunan vəsaitə deyil, maksimum nəzəri müqavilə dəyərinə əsaslanır. NYT-nin vurğuladığına görə, bu, milyardlarla dollar fərqlə nəticələnə bilər.

Xatırladaq ki, Donald Tramp prezidentliyə başladıqdan sonra DOGE büdcə xərclərinin geniş miqyasda təhlilinə başlayıb. İlon Maskın təşəbbüsü ilə USAID – ABŞ Beynəlxalq İnkişaf Agentliyi də gələcəkdə yenidən təşkili məqsədilə müvəqqəti fəaliyyətini dayandırıb.

Xəbər lenti

Xəbər lenti