Bakı. Trend:
Bu il Böyük Britaniyaya kiçik qayıqlarla qanunsuz keçid halları son illərin ən yüksək səviyyəsinə çatıb.
Trend xəbər verir ki, “The Telegraph” qəzetinin məlumatına əsasən, təkcə aprelin 12-də La-Manş boğazını keçərək 656 miqrant ölkəyə daxil olub.
Bununla da 2025-ci ilin əvvəlindən etibarən ümumi miqrant sayı 8064 nəfərə yüksəlib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 46 faiz çoxdur.
Britaniya Daxili İşlər Nazirliyinin sözçüsü bildirib ki, qanunsuz keçidlər miqrantların həyatını təhlükəyə atmaqla yanaşı, ölkənin sərhəd təhlükəsizliyi üçün də ciddi təhdid yaradır.