...

Finlandiyada bələdiyyə seçkilərində müxalif Sosial-Demokratlar qalib gəlir

Dünya xəbərləri Materials 14 Aprel 2025 05:43 (UTC +04:00)
Finlandiyada bələdiyyə seçkilərində müxalif Sosial-Demokratlar qalib gəlir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Finlandiyada bazar günü keçirilən dairə və bələdiyyə seçkilərində müxalifətdə olan Sosial-Demokrat Partiyası (SDP) liderlik edir.

Trend xəbər verir ki, səslərin 95 faizi hesablandıqdan sonra seçicilərin 23 faizindən bir qədər çoxu bu partiyaya səs verib. Beləliklə, SDP, hazırda ölkədə hakimiyyətdə olan və ardıcıl dörd dəfə yerli seçkilərdə qalib gəlmiş Milli Koalisiya Partiyasını (21 %) geridə qoyub.

Partiyanın sədri Antti Lindtman bu nəticəni “böyük nailiyyət” adlandırıb:

“Koalisiya partiyasının 20 il ərzində üstünlük təşkil etdiyi bələdiyyə seçkilərində qələbə, həqiqətən də finlərin dəyişiklik üçün səs verdiyini göstərir”, – deyə o bildirib.

Üçüncü yeri təxminən 20 faiz səs toplayan Mərkəzçi Partiya tutur.

Şərhçilərin fikrincə, seçkilərdə ən böyük geriləmə koalisiyaya daxil olan millətçi-radikal “Həqiqi Finlər” partiyası üçün olub. Partiya cəmi 7,6 faiz dəstək toplayaraq altıncı yerdə qərarlaşıb və 2021-ci ildəki nəticəsindən 6,9 faiz az səs qazanıb.

Xəbər lenti

Xəbər lenti