...

Türkiyədən Özbəkistana dəri ixracı azalıb

Dünya xəbərləri Materials 14 Aprel 2025 10:08 (UTC +04:00)

Bakı. Trend:

Türkiyə 2025-cü ilin mart ayında Özbəkistana dəri ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 34,7 faiz azalaraq 564 min 82 dollara çatdırıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.

2025-ci ilin yanvar – mart aylarında Türkiyədən Özbəkistana dəri məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 74 faiz artaraq,19 milyon 873 min 73 dollara bərabər olub.

Qeyd edək ki, 2025-ci ilin yanvar-mart aylarında Türkiyənin dəri ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 2,2 faiz azalaraq, 399 min 748 dollara bərabər olub.

“Bu ilin mart ayında Türkiyə 140 min 992 dollar məbləğində dəri ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə 3,3 faiz azdır”, – deyə nazirlikdən bildirilib.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2024-mart 2025) Türkiyə 1 milyon 517 min 145 dollar məbləğində dəri ixrac edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti