...

Moskva Gürcüstanla münasibətləri bərpa etməyə hazırdır - Rusiya XİN

Dünya xəbərləri Materials 14 Aprel 2025 10:53 (UTC +04:00)
Moskva Gürcüstanla münasibətləri bərpa etməyə hazırdır - Rusiya XİN
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Rəsmi Moskva müxtəlif sahələrdə Gürcüstanla münasibətləri bərpa etməyə hazırdır.

Trend xəbər verir ki, bunu Rusiya XİN rəhbərinin müavini Mixayil Qaluzin “İzvestiya”ya verdiyi müsahibədə deyib.

“Tbilisi hələ də diplomatik münasibətlərin bərpasını Abxaziya və Cənubi Osetiyaya dair mövqeyimizlə əlaqələndirir. (...) Lakin biz Gürcüstanla qarşılıqlı faydalı əməkdaşlığı hərtərəfli şəkildə inkişaf etdirməyə bundan sonra da hazırıq”, - deyə diplomat bildirib.

Nazir müavini onu da qeyd edib ki, Moskva və Tbilisi 1993-cü il hökumətlərarası sazişlə müəyyən edilmiş hava əlaqələrinin səviyyəsini bərpa edə bilər.

Qeyd edək ki, bundan əvvəl Gürcüstanın Baş naziri İrakli Kobaxidze Rusiya ilə münasibətləri dəyərləndirmişdi. Hökumət başçısının sözlərinə görə, ərazi mübahisələrinə baxmayaraq, respublika üçün Moskva ilə yaxşı münasibətləri qoruyub saxlamaq vacibdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti